Puantilizm (hərfi
mənada nöqtə deməkdir) – və ya divizionizm neoimpressionizm rəngkarlığında
stilistik istiqamətdir. 1885-ci ildə Fransada meydana gəlmişdir. Əsasında kəskin mazoklarla, düzgün, dəqiq və ya yaxud
düzbucaqlı formalar durur. Rənglərin optik effekt xatirinə fiziki
qarışdırılmasına etirazla xaraterizə olunur.
Puantilizmin
yaranması gənc rəssam Jorj Seranın rənglərin nəzəriyyəsi ilə bağlı fəaliyyəti ilə əlaqədardır. Üç əsas təmiz rəngin
– qırmızı, sarı və göyün optik qarışdırılması və tamamlayıcı rəng cütləri (
qırmız – yaşıl, göy – narıncı, sarı – bənövşəyi) mexaniki piqment qarışından
daha əhəmiyyətli dərəcədə böyük parlaqlıq verir .
O, Şarl Blan,
Ejen Şevrelya, Oqden Rud təcrübəsinə əsaslanır və praktikada “Qrand-Jatt
adasında bazar günü” adlı əsərdə uğurla tətbiq edir. Bu əsər ilk dəfə 1886-cı
ildə son impressionist sərgidə nümayiş olunub.
Bu istiqamətdə
Pol Sinyak, Anri Kross, Lyusen Pisarro və 1885- cildən 1890-cı ilədək Kamil
Pisarro məşğul olmuşdur.
İmpressionizmdən şəkildə şəkli və ya hər hansı
modeli vurğulamaq məqsədilə seçilirdi – hansı ki, Sera və Sinyaka görə
impressionistlər etinasızlıq göstərirdi. Buradan da çox xarakterli rəngkarlıq
texnikası yarandı, hansı ki, özündə düzgün formalarda ayrı-ayrı aydın
mazokların sistematik mövqeyini əks etdirirdi. Puantalistlər optikaya böyük
maraq göstərirdilər və spektrin saf rənglərini mürəkkəb tonlarda yerləşdirməyə
cəhd göstərməyə qərar verdilər. Böyük ölçüdə olmayan mazoklar formaların şəklini
dəqiq saxlamağa imkan verirdi. Həmçinin dəqiq rəngkarlıq səthinin hər hissəsində
fərqli rənglərin nibətini dəqiqləşdirirdi. Qarışdırılmamış saf rəngləri istifadə
etməklə onların tamaşaçı gözündə optik qarışdırılması, belə sənət əsərlərinin
yüksək dekorativliyi monumental rəsmlərin və divar panellərinin dirçəlişində
vacib element idi.

Комментариев нет:
Отправить комментарий