Dünyanın ən məhşur qəbiristanlıqlarından biri olan monumental Staleno qəbiristanlığı Genuya şəhərinin ətrafında yerləşir.Staleno özünün mərmərdən olan, yüksək peşəkarlıqla işlənmiş heykəlləri,qəbirüstü abidələri,sarkofaqları ilə məhşurdur.Buradakı heykəllər XIX əsrdə məhşur italyan heykəltəraşları Santo Varni, Culio Monteverde və başqaları tərəfindən yaradılmışdır.Akademizm və realizm üslublarında həll edilmiş bu nümunələr canlı insanları xatırladır.Qəbiristanlığın tarixi İtaliyanın Napoleon tərəfindən işğalı dövrünə gedib çıxır.
Комментариев нет:
Отправить комментарий