2013/11/15

İ.Repinin “Gözləmirdilər” əsəri


XIX  əsrin görkəmli 
 rəssamlarından biri olan İlya Repin 1844-cü ildə Ukraynanın Xarkov vilayətində anadan olmuşdur. O, 1864-1871-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuş, 1893-cü ildən isə Akademiyanın həqiqi üzvü seçilmişdir. Repin yaradıcılığı rus demokratik-realist incəsənətinin zirvələrindən birini təşkil edir. Yaradıcılığının mövzu dairəsi çox geniş olan Repinin toxunduğu mövzulardan biri də inqilab mövzusu olmuşdur.Bu kimi tablolarında rəssam, sürgündən qayıtmış inqilabçıların obrazını təsvir etmiş, qəhrəmanın ağır taleyini, onun ailə üzvlərinin hiss və həyəcanlarını mürəkkəb rəng qammaları ilə göstərmişdir.Belə əsərlərdən biri də 1884-cü ildə işlədiyi “Gözləmirdilər” əsəridir. Əsər işləndiyi il Səyyar sərgidə nümayiş olunmuşdur.Növbəti 4 il ərzindəRepin əsər üzərində yenidən işləmiş obrazların üz ifadəsinin real- psixoloji təsirini dəqiqliklə verməyə çalışmışdır.Əsərin kuliminasiya nöqtəsi ailəsi tərəfindən neçə müddətdir axtarılan inqilabçının gözlənilmədən geri qayıtmasıdır.Onu görən ailə bütünlüklə təəcüb içindədir.Oğlunu görəcəyinə ümid etməyən qoca ana, oturduğu kreslodan qalxaraq təəcüb dolu baxışlarla oğluna tərəf çevrilir.Ev tapşırıqlarından yayınmış uşaqlar da tanımadıqları adama baxırlar.İnqilabçının arvadı isə qonaq otağına olan qağının ağzında dayanaraq,ərinə baxır.Onun arxasında dayanmış qulluqçu sonrakı hadisələrin necə olacağını gözləyən bir üz ifadəsi almışdır.Rəssam bütün obrazların dəqiq plastikasını,müəyyənləşmiş pozanı ustalıqla təsvir edə bilmişdir. Əsərdə, rəssam sadə mebellə,divar şəkilləri ilə bəzədilmiş rahat bir otaq təsvir etmişdir.Otaq sol tərəfdə olan, pəncərədən düşən işıq vasitəsilə işıqlanmışdır.Əsər hal-hazırda “Dövlət Tretyakov Qalereyası”nda saxlanılır.

Комментариев нет:

Отправить комментарий