2014/02/22

Jorj de Latur

                       
Jorj Dyumenil Latur – fransız rəssamı, XVII əsrin böyük karavacisti, işıqlandırma ustası. Rəssam Lyunevilyada yaşamışdır.
Latur Karavacodan və Niderland karavadizmindən təsirlənib. 1620-ci ildən Latur Lyunelvilyada işləyib, 1639-cu ildən “kral rəssamı” olub. Latur erkən yaradıcılıq dövrü səhnə janrları, yetkin dövrləri dini kompozisiyalar, kolorit tutumuna görə, lirik düşüncə ,formaların plastik ümumiləşdirilməsi, isti, qırmızı-qəhvəyi tonların özünə əks etdirmək, yumşaq rənglərin parıltısı, mənəvi və zərif emosionallıq verən məişət motivləri ilə səciyyələnir.
XVII əsr realist rəssamlarının incəsənəti XX əsrdə yenidən aşkarlanmış, tənqidçilər tərəfindən anlaşılanadək və ümumi ictimaiyyət tərəfindən tanınmamışdan əvvəl kəskin mübahisə predmeti olmuşdur. Həmçinin, Jorj Latur yaradıcılığı da istisna deyildi. Latur ölümündən sonra unudulmuşdur. Qeyd etdiyimiz kimi yalnız XX əsrdə yenidən onun yaradıcılığı gündəmə gəlmişdir. Jorj de Laturun Luvrda saxlanılan əsərlərinin həqiqiliyinə şübhə yoxdur. Lakin ciddi düşüncə doğuran yalnız bir əsəri var ki, o da “Şuler bubnoviy tuz ilə” əsəridir.
Qeyd etmək lazımdır ki, Latur yaradıcılığı tam öyrənilməşmişdir və rəssamın əsərlərini ardıcıl inkişaf xəttinə görə sıralamaq olmaz. Lakin Luvrda saxlanılan Laturun 5əsəri dəqiq olaraq onun fəaliyyətinin 5 müxtəlif dövrünə aiddir.
Onun əsərləri ciddi həndəsi kompozisiya və dini hisslərin gərginliyi ilə xarakterizə olunur. Laturun şəkilləri özlərində şam işığı ilə işıqlanan axşam səhnələri, Karavaco üslubunda çəkilməni əks etdirir.
Rəssam bibliya obrazlarını kasıb və kəndli formasında təsvir etməyi, şam işığı ilə işıqlanan presonajlı kompozisiyalar yaratmağı çox sevirdi.
Onun yaradıcılığı üçün tipik olan işlərdən – “Yeni doğulmuş”, “Çobanların sitayişi”, “Kədərli Maqdalena”, “Apostol Pyotrın imtinası”, və s. misal göstərilə bilər.

Puantilizm


Puantilizm (hərfi mənada nöqtə deməkdir) – və ya divizionizm neoimpressionizm rəngkarlığında stilistik istiqamətdir. 1885-ci ildə Fransada meydana gəlmişdir. Əsasında  kəskin mazoklarla, düzgün, dəqiq və ya yaxud düzbucaqlı formalar durur. Rənglərin optik effekt xatirinə fiziki qarışdırılmasına etirazla xaraterizə olunur.
Puantilizmin yaranması gənc rəssam Jorj Seranın rənglərin nəzəriyyəsi ilə bağlı  fəaliyyəti ilə əlaqədardır. Üç əsas təmiz rəngin – qırmızı, sarı və göyün optik qarışdırılması və tamamlayıcı rəng cütləri ( qırmız – yaşıl, göy – narıncı, sarı – bənövşəyi) mexaniki piqment qarışından daha əhəmiyyətli dərəcədə böyük parlaqlıq verir .
O, Şarl Blan, Ejen Şevrelya, Oqden Rud təcrübəsinə əsaslanır və praktikada “Qrand-Jatt adasında bazar günü” adlı əsərdə uğurla tətbiq edir. Bu əsər ilk dəfə 1886-cı ildə son impressionist sərgidə nümayiş olunub.
Bu istiqamətdə Pol Sinyak, Anri Kross, Lyusen Pisarro və 1885- cildən 1890-cı ilədək Kamil Pisarro məşğul olmuşdur.
 İmpressionizmdən şəkildə şəkli və ya hər hansı modeli vurğulamaq məqsədilə seçilirdi – hansı ki, Sera və Sinyaka görə impressionistlər etinasızlıq göstərirdi. Buradan da çox xarakterli rəngkarlıq texnikası yarandı, hansı ki, özündə düzgün formalarda ayrı-ayrı aydın mazokların sistematik mövqeyini əks etdirirdi. Puantalistlər optikaya böyük maraq göstərirdilər və spektrin saf rənglərini mürəkkəb tonlarda yerləşdirməyə cəhd göstərməyə qərar verdilər. Böyük ölçüdə olmayan mazoklar formaların şəklini dəqiq saxlamağa imkan verirdi. Həmçinin dəqiq rəngkarlıq səthinin hər hissəsində fərqli rənglərin nibətini dəqiqləşdirirdi. Qarışdırılmamış saf rəngləri istifadə etməklə onların tamaşaçı gözündə optik qarışdırılması, belə sənət əsərlərinin yüksək dekorativliyi monumental rəsmlərin və divar panellərinin dirçəlişində vacib element idi.