2014/06/02

Skopas


  Skopas həqiqətən də Qədim Yunanıstanın görkəmli heykəltaraşlarından biridir. Onun tərəfindən yaradılmış antik plastika istiqaməti nəinki onun müasirlərinin, eləcə də ondan sonrakı dövrün ustalarının yaradıcılığına təsir göstərmişdir. Məlumdur ki, Skopas Egey dənizində olan Paros adasından idi. Ada öz mərməri ilə məşhur idi və Skopas e.ə. 370-330-cu illərdə burada çalışmışdır. Onun atası Aristandr heykəltaraş olmuşdur Skopasın istedadı buradan formalaşmışdır. Skopas müxtəlif şəhərlərdən sifarişlər yerinə yetirirdi. Attikada Skopasın 2 işi yerləşirdi. Onlardan biri intiqam ilahəsi Erinin təsvir edirdi ki, bu heykəl Afinada idi. Digəri Ramnunt şəhərindəki Apollon-Feba heykəli idi. Hər iki əsər Beotiyada Fiv şəhərini bəzəyirdi.
  Skopasın ən emossionallığı ilə seçilən işlərindən biri - Eros, Potos və Qimerosu təsvir edən 3 fiqurlu heykəl qrupudur ki, sevgi, ehtiras, istək hissləri əks olunmuşdur. Qrup Meqariddə məhəbbət ilahəsi Afroditanın məbədində yerləşirdi. Erosun, Gimerosun və Potosun təsvirləri Pavsaniyanın sözlərinə görə biri-birindən hisslərin təcəssümünə görə fərqlənirdi.  Emossiyaları vermək üçün Skopas güclü mimikadan yayınmır. Potosun üzü fikirli və diqqətini toplamış vəziyyətdə, melanxolik baxışı isə yuxarı yönəlib. Onu əhatə edən hər şey sanki gənc üçün mövcud deyil. Digər bütün yunan heykəlləri kimi bu heykəldə rənglənmişdir. Belə ki, rəng rəssamlıq konsepsiyasında mühüm rol oynayırdı.Gəncin çiyninə atılmış mantiyası parlaq göy və ya qırmızı rəngdə olmuşdur ki, mərmər rəngində saxlanılan bədənini gözəl vurğulayırdı. Mantiyanın fonunda yüngül boz rəngdə tonlaşdırılmış ağ quşun  təsviri aydın seçilir.
  Yəqin ki, Potos və Gimerosun heykəlləri Erosun heykəlinə nisbətən daha alçaq oturacaqda yerləşirdi. Bunu Potosun baxışına əsasən izah edirlər. Bu işdə Skopas tərəfindən qoyulan məsələ həmin dövr üçün yeni və orijinal idi. Eros, Potos və Gimeros heykəllərində insan hisslərinin təcəssümü ilə o, plastika sənətində daha başqa emossiyaların verilməsinin mümkünlüyünü aşkar elədi. Teqey şəhərinin məbədində çalışan Skopas tək heykəltaraş kimi deyil, həmçinin memar və inşaatçı kimi də şöhrətləndi.
  Teqeydəki qədim məbəd e.ə. 395-ci ildə yanıb. Pavsaniya deyir ki, “Məbəd öz gözəlliyi ilə Peloponnesdəki bütün məbədləri geridə qoyurdu…Onun memarı paroslu Skopas idi, qədim Ellada üçün çoxlu heykəl hazırlamışdır, eləcə də “İoni və Kariya” heykəlini”. Afina Aley məbədinin şərq frontonunda heykəltaraş kalidon qabanı ovu təsvir etmişdir. Qərb frontonunda isə Telef və Axillin mübarizəsi təsvir olunmuşdur. Təsvirin əsasında duran sujet qədər fronton üçün nəzərdə tutulan obrazlar da çox tragikdir.
  Həmçinin təsvirlər içərisində Heraklın başı, döyüşçülər, ovçuların təsvirləri, eləcə də qadın və kişi təsvirlərinin bədən hissələri saxlanılmışdır ki, onların Atalanta ovunun iştirakçıları olmaları güman edilir. Fraqmentlərin birində yaralı döyüçünün başı təsvir olunmuşdur ki, burada ilk dəfə yunan heykəltaraşlığında ağrı-əzabın, qarışıq hisslərin təcəssümünə rast gəlirik.          Skopasın dairəvi  plastikasınının ən gözəl nümunəsi “Menada” heykəlidir. Heykəlin Roma kopyası qorunub saxlanmışdır. Əsərdə gənc qız, Dionisin həyat yoldaşı ani rəqsdə təsvir olunmuşdur.
Skopas həmçinin Kiçik Asiya şəhərlərində, Halikarnasda və başqa Yunan şəhərlərində də çalışmışdır.
  O, digər heykəltaraşlarla birgə Halikarnas mavzoleyinin bəzədilməsində iştirak edib. Orada allahların, Mavsol və onun həyat yoldaşının, süvarilərin, şirlərin heykəlləri, eləcə də 3friz var idi. Frizlərin birində araba yarışı, digərində yunanlarla kentavrların döyüşü, üçüncüdə isə amozanomaxilər, daha doğrusu yunanlarla amazonkaların mübarizəsi təsvir olunmuşdur. Birinci iki frizdən yalnız kiçik fraqmentlər, üçüncü frizdən isə 17lövhə qorunub saxlanılmışdır.
  “Amazonlarla yunanların döyüşü” frizini Skopas öz dövrünün məşhur heykəltaraşları Leoxar, Briaks və Timofey ilə birgə hazıramışdır. Çox güman ki, Skopas amazonkaların təsvirlərinin müəllifi olmuşdur. Relyef lövhələr friz lenti kimi binanı əhatələmişdir. Frizdəki döyüş səhnələrində obrazlar gərgin hərəkətlərdə təsvir olunmuşlar; onlarda sanki qılıncların səsi, oxların vıyıltısı,döyüşçülərin qışqırıqları eşidilir.
Frizin əsas xüsusiyyətlərindən biri fiqurların fonda sərbəst yerləşdirilməsi, heç vaxt parlaq göy rənglə rənglənməməsidir. Saxlanılan lövhələrin müqayisəsi ümumi rəssamlıq planını, ümumi kompozisiya quruluşunu əks etdirir.
  Skopas yaradıcılığında öz dövrünə zidd olan dərin tragik ifadə öz əksini tapmışdır. Skopas yaradıcılığı öz zənginliyi və həyati gücü ilə seçilir. Onun qəhrəmanları yüksək klassik dövr qəhrəmanları kimi güclü və igid insanların ən yaxşı keyfiyyətlərini təcəssüm etdirməyə davam edir. Amma yüksək klassika obrazlarından onların daxili dramatik gərginliyi ilə seçilir. Qəhrəmanlıq hər bir polis vətəndaşı üçün xarakterik olan əməli ifadə edir. Skopasın qəhrəmanlarında gərgin daxili güc var. Ehtirasların impulsu yüksək klassikaya xass harmonik aydınlığı pozur, amma bu Skopas obrazlarına şəxsi çalarlar verir.
  Bununla bərabər Skopas klassik sənətə əzab-əziyyət motivini gətirmiş, polislərin çiçəklənmə dövründə yaranmış estetik və etik idealların böhranını əks etdirmişdir

  Skopas Yunan klassika ustaları arasında ilk dəfə qətiyyətlə mərmərə üstünlük verməsi, yüksək klassiklərdən Miron və Polikletin sevimli materialı olan bürüncdən demək olar ki, tamamilə imtina etməsi ilə xarakterikdir. 

Комментариев нет:

Отправить комментарий