![]() |
F.A.Vasilyev |
XIX əsr Rus rəssamlığı tarixində mənzərə janrında işləyən ən məhşur rəssamlardan biri Fyodr Aleksandroviç Vasilyev olmuşdur.Vasilyev 1850-ci ildə Leninqrad yaxınlığında yerləşən Qatçina şəhərində, kasıb bir ailədə anadan olmuşdur.Uşaqlıqdan rəssamlığa böyük həvəsi olan rəssam 12 yaşı olarkən işlədiyi poçt şöbəsindən çıxaraq Peterburqda yerləşən rəssamlıq məktəbinə daxil olur.Təhsilini bitirdiyi dövrdə Vasilyevin adı bu dövrün məhşur rəssamları olan Kramskoyun,Şışkinin adı ilə bir çəkilirdi.Hətta, Vasilyevin istedadı Şışkinin diqqətini cəlb etmiş və o,rəssamı Valaama dəvət etmişdir. Burada peşəkarla birlikdə işləmək rəssamın yaradıcılığına çox böyük təsir edir.1868-ci ildə rəssamın “Kənd küçəsi”,”Şimşəkdən sonra” “Sürünün qayıtması” əsərləri sərgidə nümayiş olunur.1870-ci ildə İ.Repin və Makarov ilə birlikdə Volqaya gedən Vasilyev üçün bura, təbiətlə təmasda olmağa,yaradıcılıq axtarışları etməyə kömək edir.Volqa rəssamın ürəyini fəth edir.O burada işlədiyi işlərdə təkcə gözəlliyi yox həmçinin əhval-ruhiyyəni,təbiətin dəyişkənliyini göstərə bilmişdir. “Volqadan görünüş”,”Qayıqlar”adlı əsərlər rəssamın Volqa təəsüratlarını bölüşdüyü əsərləridir.1871-ci ildə işlədiyi “İstiləşmə” əsəri maraqlı peyzaj nümunələrindəndir.Əsər Tretyakov tərəfindən alınır.Bu əsərə görə ilk mükafatını alan rəssam ikinci mükafatını “Peçor monastrı” əsərinə görə alır. “İstiləşmə” əsəri beynəlxalq sərgidə nümayiş olunur.Müalicə üçün Krıma gedən rəssamın diqqətini buranın şıltaq təbiəti cəlb edir.Krımda olarkən işlədiyi “Yaş çəmən” əsərinə görə Həvəskar rəssamlar cəmiyyəti tərəfindən mükafata layiq görülür.Sonuncu işi “Krım dağlarında” adlı əsəridir.Cəmi beş il yaradıcılıq ömrü sürən rəssam 1873-cü ildə 23 yaşında Yaltada vəfat etmişdir.