2014/06/02

İvan Şışkinin "Palıd meşəsi" əsəri

                     

XIX əsrin II yarısında rus təsviri sənətinin mütərəqqi ənənələri mənzərə janrında işləyən istedadlı rəssamlara da əhəmiyyətli təsir göstərmişdir. Bu dövrdəki rəssamlardan biri də İvan Şışkin subyektiv xətt nümayəndəsi olmuşdur. O, heç vaxt bir guşəni deyil, panoram açılışı, fəza genişliyini təsvir edir. Şışkin yaradıcılığında rus meşələrinin real təsvirini əks etdirən mənzərələr əsas yer tuturdu. Şışkin öz mənzərələrinə xass olan dəqiqliklə naturalizmə qapılmır, əksinə mənzərədə təbiətin tipik təsvirini verməyə çalışırdı.
Bu əsərlərdən biri də “Palıd meşəsi” əsəridir. “Palıd meşəsi” Şışkinin ən yaxşı yaradıcılq işlərindən biridir. Şəklə baxanda təbiətin əzəmətli gücünü hiss edirsən. Biz sanki öz soyumuzdan olan insanların, dastan qəhrəmanlarınınkı kimi palıdların tarixini oxuyuruq. Bizim nəzərimizdə əyilmiş budaqlar, çatlaqlarla örtülmüş köhnə ağac qabıqları durur. Gövdənin uzununa doğru cəld hərəkətlə “qırışlar burulub”. Tala ot örtüyünün müxtəlifliyi ilə canlanıb. O təbii halda uzaq planda süzülür, öndə isə diqqətlə hər ot, hər çiçək çəkilmişdir. İvan Şışkin həcmi, ağacların qabarıqlığını verməkdə, sahənin aydınlığının hiss olunmasında  möhtəşəm gücə nail olur. Kompozisiyanın sabitliyi və monumentallığına baxmayaraq, onda daxili hərəkət hiss olunur. Dinamiklik kölgəsi verir, gövdədə və talada hərəkəti göstərir: sanki palıdların ağrısına həsr edilib; rənglərin kütləsi qatılaşır, parıldayır. Kompozisiyanın, rəsmin və rənglərin bütünlüklə ansamblı rus təbiətinin gücü haqqında düşüncə oyadır, hər ağac gözəllik və gücü simvolizə edir.

İlya Repin "Burlaklar Volqada" əsəri

            “Burlaklar Volqada” – rus rəssamı İlya Repinin 1570-1573-cü illərdə çəkdiyi rəsmdir. Burlaklar artelinin iş vaxtını təsvir edir.Rəsmin yaranma  “Yaxın Uzaq” kitabında Repinin özü tərəfindən açıqlanmışdır. Başlanğıcda rəssam 1860- cı illərdəki “tənqidi realizm” konsepsiyasında hazırlanmağı düşünmüşdü:geyimli yaylaqçılarla müqayisədə yoxsul, yırtıq, çirkli geyimli burlaklar(Belə səhnəni Repin bir dəfə Nevada gəzinti zamanı görmüşdü). Bütünlüklə bu ideyanı həyata keçirmək üçün 1870- ci ildə rəssam Volqaya getməyə qərar verir. Harada ki, çoxlu portret şəkilləri çəkmişdi. Birinci ideyadan iz də qalmamışdır. “Mən Repinin burlakları haqqında qəzetlərdə oxuyan kimi, elə həmin andaca qorxdum” – yazırdı Dostayevski – “Hətta sujet özü qorxuludur: bizdə belə qəbul olunub ki, burlaklar mşhur sosial düşüncəni, ödənilməmiş borcda, yüksək xalq göstəricilərində təsvie etməyə qadirdirlər....Xoşbəxtlikdən mənim qorxum boş-boşuna oldu: burlaklar, əsl burlaklar və daha heç nə. Onlardan heç biri şəkildən tamaşaçıya qışqırmır: Bax, necə mən bədbəxtəm və sən hansı rütbəyəcən xalqdan borc almısan”. Və elə bu rəssamın möhtəşəm xidmətlərindən biri kimi qəbul etmək olar”.Şəkil elə qurulub ki, dərindən tamaşaçıya doğru hərəkət edir, amma eyni zamanda kompozisiya friz formalı  qəbul olunur, ona görə də fiqurlar bir-birinin qabağını kəsmir. Bu ustalıqla işlənmişdir. Bizim qarşımızda – personaj cərgəsidir, onlardan hər biri öz növbəsində fərdi  portretdir. Repinə şəkil formalar şərtlərini, təəccübləndirici natura inandırıcılığı ilə birləşdirməyi bacarmışdır. Rəssam burlakların dəstəsini  müxtəlif xarakterləri qarşılaşdırmaqla  qruplara ayırır: temperamentli insan tipləri .Dəstəyə üç “yerli” başçılıq edir: mərkəzdə burlak Kanin Repinə antik filosofları xatırladır, sağda – uzunsaqqal bir qədər meymun plastikası ilə yoğun ibtidai qüvvələri təcəssüm edir. Ondan sağda “İlka-matros” qəzəbli, nifrətli baxışlarını tamaşaçıya zilləmiş şəkildə. Sakit, müdrik bir qədər hiyləgər qıyıq gözlərlə, Kanin bu iki ifrat xarakter arasında orta mövqe tutur. Ele eyni xarakter və digər personajlar: hündür soyuqqanlı qoca, qəlyanını doldurur, cavan Larka, belə zəhmətə öyrəşməyən və sanki boyunduruqdan azad olmağa çalışır, qarasaçlı, qaşqabaqlı “Qrek”, sanki ən axırıncı, yalnız burlakı, hansı ki, elə indicə quma yıxılacaq olan yoldaşını səsləmək üçün çevrilib. Yolun başlanğıcı və sonu insanların həyatı haqqında düşünmək bunları birlikdə Repin burlaklarının əsas sujetini təşkil edir.

Skopas


  Skopas həqiqətən də Qədim Yunanıstanın görkəmli heykəltaraşlarından biridir. Onun tərəfindən yaradılmış antik plastika istiqaməti nəinki onun müasirlərinin, eləcə də ondan sonrakı dövrün ustalarının yaradıcılığına təsir göstərmişdir. Məlumdur ki, Skopas Egey dənizində olan Paros adasından idi. Ada öz mərməri ilə məşhur idi və Skopas e.ə. 370-330-cu illərdə burada çalışmışdır. Onun atası Aristandr heykəltaraş olmuşdur Skopasın istedadı buradan formalaşmışdır. Skopas müxtəlif şəhərlərdən sifarişlər yerinə yetirirdi. Attikada Skopasın 2 işi yerləşirdi. Onlardan biri intiqam ilahəsi Erinin təsvir edirdi ki, bu heykəl Afinada idi. Digəri Ramnunt şəhərindəki Apollon-Feba heykəli idi. Hər iki əsər Beotiyada Fiv şəhərini bəzəyirdi.
  Skopasın ən emossionallığı ilə seçilən işlərindən biri - Eros, Potos və Qimerosu təsvir edən 3 fiqurlu heykəl qrupudur ki, sevgi, ehtiras, istək hissləri əks olunmuşdur. Qrup Meqariddə məhəbbət ilahəsi Afroditanın məbədində yerləşirdi. Erosun, Gimerosun və Potosun təsvirləri Pavsaniyanın sözlərinə görə biri-birindən hisslərin təcəssümünə görə fərqlənirdi.  Emossiyaları vermək üçün Skopas güclü mimikadan yayınmır. Potosun üzü fikirli və diqqətini toplamış vəziyyətdə, melanxolik baxışı isə yuxarı yönəlib. Onu əhatə edən hər şey sanki gənc üçün mövcud deyil. Digər bütün yunan heykəlləri kimi bu heykəldə rənglənmişdir. Belə ki, rəng rəssamlıq konsepsiyasında mühüm rol oynayırdı.Gəncin çiyninə atılmış mantiyası parlaq göy və ya qırmızı rəngdə olmuşdur ki, mərmər rəngində saxlanılan bədənini gözəl vurğulayırdı. Mantiyanın fonunda yüngül boz rəngdə tonlaşdırılmış ağ quşun  təsviri aydın seçilir.
  Yəqin ki, Potos və Gimerosun heykəlləri Erosun heykəlinə nisbətən daha alçaq oturacaqda yerləşirdi. Bunu Potosun baxışına əsasən izah edirlər. Bu işdə Skopas tərəfindən qoyulan məsələ həmin dövr üçün yeni və orijinal idi. Eros, Potos və Gimeros heykəllərində insan hisslərinin təcəssümü ilə o, plastika sənətində daha başqa emossiyaların verilməsinin mümkünlüyünü aşkar elədi. Teqey şəhərinin məbədində çalışan Skopas tək heykəltaraş kimi deyil, həmçinin memar və inşaatçı kimi də şöhrətləndi.
  Teqeydəki qədim məbəd e.ə. 395-ci ildə yanıb. Pavsaniya deyir ki, “Məbəd öz gözəlliyi ilə Peloponnesdəki bütün məbədləri geridə qoyurdu…Onun memarı paroslu Skopas idi, qədim Ellada üçün çoxlu heykəl hazırlamışdır, eləcə də “İoni və Kariya” heykəlini”. Afina Aley məbədinin şərq frontonunda heykəltaraş kalidon qabanı ovu təsvir etmişdir. Qərb frontonunda isə Telef və Axillin mübarizəsi təsvir olunmuşdur. Təsvirin əsasında duran sujet qədər fronton üçün nəzərdə tutulan obrazlar da çox tragikdir.
  Həmçinin təsvirlər içərisində Heraklın başı, döyüşçülər, ovçuların təsvirləri, eləcə də qadın və kişi təsvirlərinin bədən hissələri saxlanılmışdır ki, onların Atalanta ovunun iştirakçıları olmaları güman edilir. Fraqmentlərin birində yaralı döyüçünün başı təsvir olunmuşdur ki, burada ilk dəfə yunan heykəltaraşlığında ağrı-əzabın, qarışıq hisslərin təcəssümünə rast gəlirik.          Skopasın dairəvi  plastikasınının ən gözəl nümunəsi “Menada” heykəlidir. Heykəlin Roma kopyası qorunub saxlanmışdır. Əsərdə gənc qız, Dionisin həyat yoldaşı ani rəqsdə təsvir olunmuşdur.
Skopas həmçinin Kiçik Asiya şəhərlərində, Halikarnasda və başqa Yunan şəhərlərində də çalışmışdır.
  O, digər heykəltaraşlarla birgə Halikarnas mavzoleyinin bəzədilməsində iştirak edib. Orada allahların, Mavsol və onun həyat yoldaşının, süvarilərin, şirlərin heykəlləri, eləcə də 3friz var idi. Frizlərin birində araba yarışı, digərində yunanlarla kentavrların döyüşü, üçüncüdə isə amozanomaxilər, daha doğrusu yunanlarla amazonkaların mübarizəsi təsvir olunmuşdur. Birinci iki frizdən yalnız kiçik fraqmentlər, üçüncü frizdən isə 17lövhə qorunub saxlanılmışdır.
  “Amazonlarla yunanların döyüşü” frizini Skopas öz dövrünün məşhur heykəltaraşları Leoxar, Briaks və Timofey ilə birgə hazıramışdır. Çox güman ki, Skopas amazonkaların təsvirlərinin müəllifi olmuşdur. Relyef lövhələr friz lenti kimi binanı əhatələmişdir. Frizdəki döyüş səhnələrində obrazlar gərgin hərəkətlərdə təsvir olunmuşlar; onlarda sanki qılıncların səsi, oxların vıyıltısı,döyüşçülərin qışqırıqları eşidilir.
Frizin əsas xüsusiyyətlərindən biri fiqurların fonda sərbəst yerləşdirilməsi, heç vaxt parlaq göy rənglə rənglənməməsidir. Saxlanılan lövhələrin müqayisəsi ümumi rəssamlıq planını, ümumi kompozisiya quruluşunu əks etdirir.
  Skopas yaradıcılığında öz dövrünə zidd olan dərin tragik ifadə öz əksini tapmışdır. Skopas yaradıcılığı öz zənginliyi və həyati gücü ilə seçilir. Onun qəhrəmanları yüksək klassik dövr qəhrəmanları kimi güclü və igid insanların ən yaxşı keyfiyyətlərini təcəssüm etdirməyə davam edir. Amma yüksək klassika obrazlarından onların daxili dramatik gərginliyi ilə seçilir. Qəhrəmanlıq hər bir polis vətəndaşı üçün xarakterik olan əməli ifadə edir. Skopasın qəhrəmanlarında gərgin daxili güc var. Ehtirasların impulsu yüksək klassikaya xass harmonik aydınlığı pozur, amma bu Skopas obrazlarına şəxsi çalarlar verir.
  Bununla bərabər Skopas klassik sənətə əzab-əziyyət motivini gətirmiş, polislərin çiçəklənmə dövründə yaranmış estetik və etik idealların böhranını əks etdirmişdir

  Skopas Yunan klassika ustaları arasında ilk dəfə qətiyyətlə mərmərə üstünlük verməsi, yüksək klassiklərdən Miron və Polikletin sevimli materialı olan bürüncdən demək olar ki, tamamilə imtina etməsi ilə xarakterikdir. 

Nikolay Ge "Qolqofa"

                 Nikolay Ge “Qolqofa” əsəri
  Formasına görə novatorvə daha çox dərin məzmunlu rəsimlərdən biri də “Qolqofa”dır.  Şəkil evangeliya mövzularından olan “Çarmıxa çəkmə” səhnəsinin işlənmiş variantlarından biridir, hansı ki, rəssam ömrünün axırlarında işləmişdir.  Ge evangeliya sujetlərinin kanonlarına uymayan ənənələrini davam etdirir. Əsərdə xaç təsvir olunmayıb, ancaq legionerin əli işarə edir. Qolqofanın ancaq yamacı gösterilib. Rəssamın sərbəst, eskiz manerası hökm sürür. İfadəlilik – rəssamın əsas hədəfidir.
  Tamamlanmamış “Qolqofa” əsərinin mərkəzində İsa və iki quldur var. Tanrının oğlu ümidsiz vəziyyətdə gözləriniəlləri ilə bağlayıb, başını arxaya əyib. Ondan solda islah edilməz quldur əlləri bağlı, dəhşətdən gözləri geniş açılmış, ağzı yarıaçıq vəziyyətdə, sağda cavan peşman olmuş oğru, kədərli, çevrilmiş şəkildə təsvir olunub. Tablodakı bütün fiqurlar hərəkətsizdir. Iri mazoklarla İsanın bənövşəyi  paltarı, tünd sarı rəngdə peşman olmuş oğrunun, Qolqofanın zirvəsi ağ yastı və göy kölgə əks olunmuşdur.
  Geni tez-tez qınayırdılar ki, o, formaya etinasızlıq göstərib: rənglərin, işığın və kölgənin kontrsatından sui-istifadə edib. Ola bilər ki, bu yeni formanın axtarışı idi, ehtirası əks etdirmək idi, hansı ki, rəssam gətirmişdi: “Mən onların beynini İsanın əzabları ilə sarsıtıram...Mən onları rəhmə gətirməkdənsə ağlamağa məcbur edirəm...” Elə bu ideya hansı ki, Geni ilhamlandırıb dini deyil ,əxlaqi idi. Benuanın sözlərinə görə “O, İsanı tezliklə insan əxlaqının, axmaq insanların əli ilə ölənlərin təbliğatçısı və insanlara necə əzab çəkmək və ölməyin nümunəsini göstərən, ən sonda peyğəmbər və Allah kimi görürdü”.

Ömrünün sonunacan Nikolay Geni incəsənətin köməyilə insanların gözünün açılacağı və dünyanın düzələcəyi ümidi ilhamlandırıb.