2014/06/02

Nikolay Ge "Qolqofa"

                 Nikolay Ge “Qolqofa” əsəri
  Formasına görə novatorvə daha çox dərin məzmunlu rəsimlərdən biri də “Qolqofa”dır.  Şəkil evangeliya mövzularından olan “Çarmıxa çəkmə” səhnəsinin işlənmiş variantlarından biridir, hansı ki, rəssam ömrünün axırlarında işləmişdir.  Ge evangeliya sujetlərinin kanonlarına uymayan ənənələrini davam etdirir. Əsərdə xaç təsvir olunmayıb, ancaq legionerin əli işarə edir. Qolqofanın ancaq yamacı gösterilib. Rəssamın sərbəst, eskiz manerası hökm sürür. İfadəlilik – rəssamın əsas hədəfidir.
  Tamamlanmamış “Qolqofa” əsərinin mərkəzində İsa və iki quldur var. Tanrının oğlu ümidsiz vəziyyətdə gözləriniəlləri ilə bağlayıb, başını arxaya əyib. Ondan solda islah edilməz quldur əlləri bağlı, dəhşətdən gözləri geniş açılmış, ağzı yarıaçıq vəziyyətdə, sağda cavan peşman olmuş oğru, kədərli, çevrilmiş şəkildə təsvir olunub. Tablodakı bütün fiqurlar hərəkətsizdir. Iri mazoklarla İsanın bənövşəyi  paltarı, tünd sarı rəngdə peşman olmuş oğrunun, Qolqofanın zirvəsi ağ yastı və göy kölgə əks olunmuşdur.
  Geni tez-tez qınayırdılar ki, o, formaya etinasızlıq göstərib: rənglərin, işığın və kölgənin kontrsatından sui-istifadə edib. Ola bilər ki, bu yeni formanın axtarışı idi, ehtirası əks etdirmək idi, hansı ki, rəssam gətirmişdi: “Mən onların beynini İsanın əzabları ilə sarsıtıram...Mən onları rəhmə gətirməkdənsə ağlamağa məcbur edirəm...” Elə bu ideya hansı ki, Geni ilhamlandırıb dini deyil ,əxlaqi idi. Benuanın sözlərinə görə “O, İsanı tezliklə insan əxlaqının, axmaq insanların əli ilə ölənlərin təbliğatçısı və insanlara necə əzab çəkmək və ölməyin nümunəsini göstərən, ən sonda peyğəmbər və Allah kimi görürdü”.

Ömrünün sonunacan Nikolay Geni incəsənətin köməyilə insanların gözünün açılacağı və dünyanın düzələcəyi ümidi ilhamlandırıb.

Комментариев нет:

Отправить комментарий