2014/02/22

Jorj de Latur

                       
Jorj Dyumenil Latur – fransız rəssamı, XVII əsrin böyük karavacisti, işıqlandırma ustası. Rəssam Lyunevilyada yaşamışdır.
Latur Karavacodan və Niderland karavadizmindən təsirlənib. 1620-ci ildən Latur Lyunelvilyada işləyib, 1639-cu ildən “kral rəssamı” olub. Latur erkən yaradıcılıq dövrü səhnə janrları, yetkin dövrləri dini kompozisiyalar, kolorit tutumuna görə, lirik düşüncə ,formaların plastik ümumiləşdirilməsi, isti, qırmızı-qəhvəyi tonların özünə əks etdirmək, yumşaq rənglərin parıltısı, mənəvi və zərif emosionallıq verən məişət motivləri ilə səciyyələnir.
XVII əsr realist rəssamlarının incəsənəti XX əsrdə yenidən aşkarlanmış, tənqidçilər tərəfindən anlaşılanadək və ümumi ictimaiyyət tərəfindən tanınmamışdan əvvəl kəskin mübahisə predmeti olmuşdur. Həmçinin, Jorj Latur yaradıcılığı da istisna deyildi. Latur ölümündən sonra unudulmuşdur. Qeyd etdiyimiz kimi yalnız XX əsrdə yenidən onun yaradıcılığı gündəmə gəlmişdir. Jorj de Laturun Luvrda saxlanılan əsərlərinin həqiqiliyinə şübhə yoxdur. Lakin ciddi düşüncə doğuran yalnız bir əsəri var ki, o da “Şuler bubnoviy tuz ilə” əsəridir.
Qeyd etmək lazımdır ki, Latur yaradıcılığı tam öyrənilməşmişdir və rəssamın əsərlərini ardıcıl inkişaf xəttinə görə sıralamaq olmaz. Lakin Luvrda saxlanılan Laturun 5əsəri dəqiq olaraq onun fəaliyyətinin 5 müxtəlif dövrünə aiddir.
Onun əsərləri ciddi həndəsi kompozisiya və dini hisslərin gərginliyi ilə xarakterizə olunur. Laturun şəkilləri özlərində şam işığı ilə işıqlanan axşam səhnələri, Karavaco üslubunda çəkilməni əks etdirir.
Rəssam bibliya obrazlarını kasıb və kəndli formasında təsvir etməyi, şam işığı ilə işıqlanan presonajlı kompozisiyalar yaratmağı çox sevirdi.
Onun yaradıcılığı üçün tipik olan işlərdən – “Yeni doğulmuş”, “Çobanların sitayişi”, “Kədərli Maqdalena”, “Apostol Pyotrın imtinası”, və s. misal göstərilə bilər.

Комментариев нет:

Отправить комментарий