XIX əsrin II yarısında rus təsviri sənətinin mütərəqqi ənənələri mənzərə janrında işləyən istedadlı rəssamlara da əhəmiyyətli
təsir göstərmişdir. Bu dövrdəki rəssamlardan biri də İvan Şışkin subyektiv xətt
nümayəndəsi olmuşdur. O, heç vaxt bir guşəni deyil, panoram açılışı, fəza genişliyini təsvir edir.
Şışkin yaradıcılığında rus meşələrinin real təsvirini əks etdirən mənzərələr əsas
yer tuturdu. Şışkin öz mənzərələrinə xass olan dəqiqliklə naturalizmə qapılmır,
əksinə mənzərədə təbiətin tipik təsvirini verməyə çalışırdı.
Bu əsərlərdən biri də “Palıd meşəsi” əsəridir.
“Palıd meşəsi” Şışkinin ən yaxşı yaradıcılq işlərindən biridir. Şəklə baxanda təbiətin
əzəmətli gücünü hiss edirsən. Biz sanki öz soyumuzdan olan insanların, dastan qəhrəmanlarınınkı
kimi palıdların tarixini oxuyuruq. Bizim nəzərimizdə əyilmiş budaqlar,
çatlaqlarla örtülmüş köhnə ağac qabıqları durur. Gövdənin uzununa doğru cəld hərəkətlə
“qırışlar burulub”. Tala ot örtüyünün müxtəlifliyi ilə canlanıb. O təbii halda
uzaq planda süzülür, öndə isə diqqətlə hər ot, hər çiçək çəkilmişdir. İvan
Şışkin həcmi, ağacların qabarıqlığını verməkdə, sahənin aydınlığının hiss
olunmasında möhtəşəm gücə nail olur.
Kompozisiyanın sabitliyi və monumentallığına baxmayaraq, onda daxili hərəkət
hiss olunur. Dinamiklik kölgəsi verir, gövdədə və talada hərəkəti göstərir: sanki
palıdların ağrısına həsr edilib; rənglərin kütləsi qatılaşır, parıldayır.
Kompozisiyanın, rəsmin və rənglərin bütünlüklə ansamblı rus təbiətinin gücü
haqqında düşüncə oyadır, hər ağac gözəllik və gücü simvolizə edir.